...

Rusiyada hökumət tam tərkibdə istefaya gedib

Dünya xəbərləri Materials 15 Yanvar 2020 17:40 (UTC +04:00)
Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.
Rusiyada hökumət tam tərkibdə istefaya gedib

Bakı. Trend:

Rusiya hökuməti istefa verib.

Trend-in məlumatına görə, Baş nazir Dmitri Medvedev prezidentin Federal Şuraya müraciətindən sonra hökumətin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

Rusiya Prezidenti Vladimir Putin Baş nazirdən yeni hökumət formalaşana qədər vəzifələri icra etməyi xahiş edib.

Qeyd edək ki, D.Medvedev 8 ilə yaxın müddətdə Rusiya Hökumətinin sədri vəzifəsində çalışıb. Hazırda istefaya gedən hökumət 2018-ci ildə formalaşdırılıb. Onun tərkibində hökumət sədrinin 10 müavini, birinci vitse-prezident və 22 nazir var idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti