...

ABŞ Yaponiyaya nüvə sınaqlarından yaranan çirklənməni aşkarlaya bilən təyyarə göndərib

Dünya xəbərləri Materials 17 Yanvar 2020 08:03 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Yaponiyanın Okinava adasındakı "Kadena" Hərbi Hava Qüvvələri avia bazasına nüvə silahı sınaqlarından yaranan radioaktiv çirklənmələri aşkarlayan "WC-135W Constant Phoenix" radiotexniki dəstək təyyarəsini yerləşdirib.

Trend-in məlumatına görə, ABŞ-ın bu təyyarəni Yaponiyaya göndərməsi, Koreya yarımadasında gərginliyin artması fonunda KXDR-nın nüvə fəaliyyətini izləməyi gücləndirmək üçün bir addımdır.

Qeyd edək ki, 1986-cı ildə Çernobıl qəzasından sonra atmosferin vəziyyətini izləmək üçün bu tip təyyarə Avropada yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti