...

İspaniyada soyuq hava 13 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 24 Yanvar 2020 08:27 (UTC +04:00)
İspaniyada güclü külək, qarla müşayiət edilən soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 13-ə çatıb
İspaniyada soyuq hava 13 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

İspaniyada güclü külək, qarla müşayiət edilən soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daha əvvəl 12 nəfərin öldüyü bildirilirdi. Son ölüm faktı Tarraqona əyalətində qeydə alınıb.

Bildirilir ki, 50 yaşlı kişi qayalar arasında balıq tutarkən ölüb.

Əyalət hakimiyyəti insanları daha diqqətli olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti