...

Türkiyədə yeni zəlzələlər qeydə alınıb

Dünya xəbərləri Materials 25 Yanvar 2020 23:46 (UTC +04:00)
Türkiyənin Elazığ vilayətində 5,1 bal gücündə zəlzələ baş verib
Türkiyədə yeni zəlzələlər qeydə alınıb

Bakı. Trend:

Türkiyənin Elazığ vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, zəlzələ Sivridcdə yerli vaxtla saat 19:30-da baş verib.

Zəlzələlərin ocağı 15,71 kilometr dərinlikdə yerləşib.

14 dəqiqədən sonra ərazidə daha bir zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 4,4 təşkil edib.

Həmçinin bildirilib ki, 2 dəqiqədən sonra 4.5 bal gücündə zəlzələ baş verib.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti