...

Kanadada neft daşıyan qatar aşıb

Dünya xəbərləri Materials 7 Fevral 2020 00:07 (UTC +04:00)
25-30 vaqon relslərdən çıxdıqdan sonra partlayış baş verib
Kanadada neft daşıyan qatar aşıb

Bakı. Trend:

Kanadada neft daşıyan qatar relslərdən çıxıb və partlayıb.

Trend-in məlumatına görə, yaxınlıqdakı kəndin bütün sakinləri təxliyə edilib.

Hadisə yerli vaxtla 6:15-də ölkənin cənubunda Saskaçeven əyalətində baş verib. Məlumata görə 25-30 vaqon relslərdən çıxdıqdan sonra partlayış baş verib və nəticədə güclü yanğın olub.

Nəqliyyat Təhlükəsizliyi Agentliyi ölkənin şərqinə gedən qatarın Gernsi kəndindən 2 kilometr aralıqda relslərdən çıxdığını təsdiq edib.

Məlumatda bildirilir ki, 2019-cu ilin dekabrında eyni yerdə neft daşıyan qatarın aşması nəticəsində 1500 tondan çox neft ətrafa dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti