...

Banqkokda universitet yaxınlığında atışma olub

Dünya xəbərləri Materials 14 Fevral 2020 07:50 (UTC +04:00)
Tailandın paytaxtı Banqkokda Çulalonqkorn Universiteti yaxınlığında atışma baş verib
Banqkokda universitet yaxınlığında atışma olub

Bakı. Trend:

Tailandın paytaxtı Banqkokda Çulalonqkorn Universiteti yaxınlığında atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, şahidlər təhsil müəssisəsi yaxınlığında silah səslərini eşitdiklərini bildiriblər.

Şahidlərdən biri bildirilir ki, naməlum şəxs əvvəlcə havaya atəş açıb: "O, üç dəfə atəş açdıqdan sonra, silahını mənə tərəf yönəltdi".

Hazırda Banqkokun hüquq-mühafizə orqanlarının əməkdaşları təxminən 20 dəfə atəş açan şəxsin axtarışları ilə məşğuldurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti