...

Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürülüb

Dünya xəbərləri Materials 17 Fevral 2020 05:14 (UTC +04:00)
Kamerun müxalifəti "qırğının" ordu tərəfindən təşkil edilməsini güman edir
Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürülüb

Bakı. Trend:

Kamerunun cənub hissəsində silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kənd sakinini qətlə yetiriblər.

Trend-in məlumatına görə, bu barədə “Agency France Presse”in xəbərində deyilir.

Silahlı hücum 14 fevralda baş verib. Ümumilikdə 22 nəfər qətlə yetirilib, onlardan 14-ü azyaşlıdır. Naməlum şəxslər yaşı beşdən aşağı olan doqquz uşağı, hamilə xanımı və yanlarında uşaqları olan iki qadını öldürüblər.

Kamerun müxalifəti "qırğının" ordu tərəfindən təşkil olunduğunu güman edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti