...

Texasda atışma olub, yaralılar var

Dünya xəbərləri Materials 24 Fevral 2020 10:35 (UTC +04:00)
ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) bazarda atışma baş verib
Texasda atışma olub, yaralılar var

Bakı. Trend:

ABŞ-ın Hyuston şəhərində (Texas ştatı) bazarda atışma baş verib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Harris dairəsinin şerifi Ed Qonsales yazıb.

E.Qonsales bildirib: "İlkin məlumata görə, 7 nəfər yaralanıb, onları xəstəxanaya aparırlar".

Şerif əlavə edib ki, heç kim ciddi xəsarət almayıb.

Hadisə yerində bir nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti