...

Böyük Britaniyada koronavirusa yoluxanların sayı 23 nəfərə çatıb

Dünya xəbərləri Materials 1 Mart 2020 03:07 (UTC +04:00)
Böyük Britaniyada daha 3 nəfər yeni növ koronavirusa yoluxub
Böyük Britaniyada koronavirusa yoluxanların sayı 23 nəfərə çatıb

Bakı. Trend:

Böyük Britaniyada daha 3 nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İngiltərənin baş həkimi Kris Uitti deyib.

Onun sözlərinə görə, hər 3 yoluxma halı, yoluxanların son zamanlarda kimlərlə əlaqədə olduqları araşdırılır.

Baş həkim qeyd edib ki, onlardan 2-si yaxın zamanda İtaliyadan qayıdıb, 1-i isə Asiyadan. Böyük Britaniyada yeni növ koronavirusa yoluxanların sayı 23 nəfərə çatıb.

Qeyd edək ki, Çində yeni növ koronavirusa 79,2 min nəfər yoluxub, onlardan 2835 nəfəri ölüb, 39 mindən çoxu isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti