...

Tacikistanda keçirilən parlament seçkiləri yekunlaşıb

Dünya xəbərləri Materials 1 Mart 2020 16:20 (UTC +04:00)
Bu gün Tacikistanda keçirilən parlament seçkilərində baş tutmuş hesab edilib
Tacikistanda keçirilən parlament seçkiləri yekunlaşıb

Bakı. Trend:

Bu gün Tacikistanda keçirilən parlament seçkilərində baş tutmuş hesab edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzade deyib.

Bildirilir ki, saat 15.00-ə olan məlumata görə, seçkilərdə 3 milyon 703 min 962 seçici səs verib, bu da vətəndaşların 75,1 faizi deməkdir.

Tacikistan qanunlarına görə seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir.

Seçkilərin ilkin nəticələri 24 saat ərzində elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti