...

Koronavirus İranda bir sıra fəaliyyətləri dayandırdı

Dünya xəbərləri Materials 4 Mart 2020 20:27 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda yeni koronavirusun yayılması ilə bir sıra fəaliyyətlər dayandırılıb və ya məhdudlaşdırılıb.

Trend-in məlumatına görə, İranın Futbol Liqası üzrə Təşkilatı bütün futbol yarışlarını 21 martadək (İranda 21 martda yeni il başlayır) ləğv edib.

Novruz bayramı günlərində İranın bir sıra vilayətlərində, o cümlədən İsfahan, Rəzəvi Xorasanı, Mazandaran və Farsda turist qəbulu qadağan edilib.

Bununla yanaşı, 7-dən 12 martadək İran banklarında iş saatı azaldılıb və 8:30-dan 12:30-dək təyin olunub.

6 martda İranın bütün vilayət mərkəzlərində cümə namazı ləğv olunub.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 2 522 nəfərin yeni koronavirusa yoluxduğunu, 92 nəfərin dünyasını dəyişdiyini və 552 nəfərin sağaldığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti