...

Malayziyada koronavirusa yoluxanların sayı 99 nəfərə çatıb

Dünya xəbərləri Materials 8 Mart 2020 21:23 (UTC +04:00)
Malayziya hakimiyyəti koronavirusa yoluxmanın altı yeni hadisəsi barədə məlumat verib
Malayziyada koronavirusa yoluxanların sayı 99 nəfərə çatıb

Bakı. Trend:

Malayziya hakimiyyəti koronavirusa yoluxmanın altı yeni hadisəsi barədə məlumat verib, yoluxmuş şəxslərin ümumi sayı 99 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Baş direktoru Hişama Abdulun yaydığı bəyanatda deyilir.

"Bütün yeni yoluxma halları virusun əvvəlki yayılma ocaqları ilə bağlıdır. Bu günə 41 nəfər tam sağalıb, lakin iki nəfərin vəziyyəti kritik olaraq qiymətləndirilir", - bəyanatda bildirilir.

Xəstəliyin əsas yayıldığı Çində 3 mindən çox ölüm halı qeydə alınıb, 57 min nəfər sağalıb, yoluxma hadisələrinin sayı 80,7 min nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti