...

Avstraliyada 500 nəfərin bir yerə toplanması qadağan edilir

Dünya xəbərləri Materials 13 Mart 2020 10:20 (UTC +04:00)
Avstraliya hökuməti martın 16-dan başlayaraq 500 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsini qadağan edəcək
Avstraliyada 500 nəfərin bir yerə toplanması qadağan edilir

Bakı. Trend:

Avstraliya hökuməti martın 16-dan başlayaraq 500 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsini qadağan edəcək.

Trend-in məlumatına görə, bunu ölkənin baş naziri Skott Morrison bildirib.

Onun sözlərinə görə, bu qərar koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə verilib.

Nazir əlavə edib ki, bu qadağa məktəb, universitet, ictimai nəqliyyat və hava limanlarına şamil olunmayacaq.

Qeyd edək ki, bu günədək Avstraliyada koronavirusa 200 yoluxma halıq qeydə alınıb. Onlardan 21-i sağalıb, 3-ü isə virusun qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti