...

Lüksemburqda koronavirusdan ilk ölüm qeydə alınıb

Dünya xəbərləri Materials 14 Mart 2020 04:53 (UTC +04:00)
Lüksemburqda COVİD-19 koronavirusundan ilk ölüm halı qeydə alınıb
Lüksemburqda koronavirusdan ilk ölüm qeydə alınıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Lüksemburqda COVİD-19 koronavirusundan ilk ölüm halı qeydə alınıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə naziri Polett Lenert bildirib.

Onun sözlərinə görə, ölən 94 yaşlı qadın olub. Onun vəziyyəti bir neçə gün ağır olub.

P.Lenert qeyd edib ki, hazırda Lüksemburqda 34 koronavirus xəstəsi var.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-i COVİD-19 koronavirusunu pandemiya elan edib. Dünyanın 120-dən çox ölkəsində 130 mindən artıq insan koronavirusa yoluxub. Onlardan əksəriyyəti sağalıb, lakin 5 mindən artıq xəstə dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti