...

İranda Ekspertlər Şurasının üzvü koronavirusdan öldü

Dünya xəbərləri Materials 16 Mart 2020 10:00 (UTC +04:00)
İranın Ekspertlər Şurasının (Assembly of Experts) üzvü Ayətullah Haşim Bəthayi Qolpayqani yeni koronavirus nəticəsində dünyasını dəyişib.
İranda Ekspertlər Şurasının üzvü koronavirusdan öldü

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranın Ekspertlər Şurasının (Assembly of Experts) üzvü Ayətullah Haşim Bəthayi Qolpayqani yeni koronavirus nəticəsində dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə İran KİV-i məlumat verib.

İranın Ekspertlər Şurasının 78 yaşlı üzvünün ötən gün Qumda xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

Qeyd edək ki, İranın Ekspertlər Şurası İranda dini liderin seçilməsi və onun fəaliyyətinə nəzarət edən qurumdur. Bu şuranın 87 üzvü var.

Əlavə edək ki, İranda indiyədək bir sıra rəsmilər yeni koronavirusa yoluxub və bəzilərinin ölüm halı qeydə alınıb.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (14 mart) 13 938 nəfərin yeni koronavirusa yoluxduğunu, 724 nəfərin öldüyünü və 4 790 nəfərin sağaldığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti