...

Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb

Dünya xəbərləri Materials 27 Mart 2020 23:16 (UTC +04:00)
Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni bir növ koronavirusdan vəfat edib
Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni bir növ koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, ümumilikdə ölənlərin sayı 92 nəfərə çatıb.

Nazir təsdiqlənmiş halların sayının 5698-ə yüksəldiyini də deyib.

F.Qoca deyib ki, 42 xəstə sağalıb və xəstəxanalardan buraxılıb, 344 nəfər intesiv terapiya şöbələrində müalicə keçirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti