...

Fransada koronavirusdan ölənlərin sayı 12 mini ötüb

Dünya xəbərləri Materials 9 Aprel 2020 23:52 (UTC +04:00)
Fransada ölkədə epidemiya başlayandan bəri yeni koronavirusun (COVID-19) yaratdığı xəstəlikdən 12 mindən çox insan ölüb
Fransada koronavirusdan ölənlərin sayı 12 mini ötüb

Bakı. Trend:

Fransada ölkədə epidemiya başlayandan bəri yeni koronavirusun (COVID-19) yaratdığı xəstəlikdən 12 mindən çox insan ölüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, martın 1-dən etibarən ölkədə koronavirusdan ölənlərin sayı 12 210 nəfər təşkil edib, ölənlərin 42% -i 70 yaşdan yuxarı insanlardır:

"Bununla belə, xəstəxanalarda ölən xəstələrin sayı 24 saat ərzində 7632 nəfərdən 8044 nəfərə qədər yüksəlib".

Qeyd edilib ki, hazırda 7066 nəfər reanimasiyadadır, bu da aprelin 8-də axşam saatlarında olan göstəricilərə nisbətən 82 nəfər azdır. Ümumilikdə sutka ərzində 369 nəfər reanimasiyaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti