...

Avropa Komissiyası iqtisadiyyatın bərpası üzrə fondun parametrlərini təqdim edəcək

Dünya xəbərləri Materials 24 Aprel 2020 03:19 (UTC +04:00)
Avropa Komissiyası iqtisadiyyatın bərpası üzrə fondun parametrlərini təqdim edəcək

Bakı. Trend:

Avropa Komissiyası mayın 6-sı Avropa İttifaqı (Aİ) iqtisadiyyatının uzunmüddətli bərpası üzrə fondun parametrlərini təqdim edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Facebook" səhifəsində İtaliyanın baş naziri Cuzeppe Konte bildirib.

C.Konte deyib: "Avropa Komissiyası mayın 6-sı iqtisadiyyatın bərpası üzrə fondu təqdim etmək üçün yaxın günlərdə işləyəcək. Fond kifayət qədər geniş olmalıdır və koronavirus pandemiyasından ən çox zərərçəkən ölkələrə öz iqtisadiyyatını və cəmiyyətini qorumağa imkan yaratmalıdır".

İtaliyanın baş naziri 27 dövlətin bütün Avropa iqtisadiyyatının bərpasını təmin etmək üçün innovativ mexanizm yaratmağın zəruriliyi barədə razılığa gəlmələrindən məmnunluğunu ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti