...

Türkmənistanda dövlət qurumlarında çalışan xanımlara manikür qadağan edildi

Dünya xəbərləri Materials 27 Aprel 2020 16:26 (UTC +04:00)
Türkmənistanda dövlət qurumları və müəssisələrində işləyən qadın əməkdaşların xarici görünüşü ilə bağlı tələblər sərtləşdirilib
Türkmənistanda dövlət qurumlarında çalışan xanımlara manikür qadağan edildi

Bakı. Trend:

Türkmənistanda dövlət qurumları və müəssisələrində işləyən qadın əməkdaşların xarici görünüşü ilə bağlı tələblər sərtləşdirilib.

Trend-in məlumatına görə, yeni qaydalara əsasən, bu kateqoriyadan olan işçilərə, o cümlədən müəllimələrə manikür və pedikür etmək, saçı rəngləmək, taxma kipriklərdən istifadə etmək qadağan edilir.

Bundan başqa, geniş yaxalıqlı geyimlər qadağan olunub.

Qeyd olunur ki, bu məhdudiyyətlər iki il əvvəl tətbiq olunsa da, daha sonra bu qaydalar yumşaldılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti