...

Türkiyədə koronavirusdan ölənlərin sayı 2,9 min nəfərə çatıb

Dünya xəbərləri Materials 27 Aprel 2020 21:22 (UTC +04:00)
Türkiyədə koronavirusdan ölənlərin sayı 2,9 min nəfərə çatıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 95 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2 900 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 131 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 112 261 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən sutka ərzində 4 651 nəfər sağalıb, sağalanların ümumi sayı 33 791 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti