...

Kanadada mayın 5-i üçün koronavirusdan 3,8 mindən artıq insan ölə bilər

Dünya xəbərləri Materials 29 Aprel 2020 07:12 (UTC +04:00)
Kanadada mayın 5-i üçün koronavirusdan 3,8 mindən artıq insan ölə bilər

Bakı. Trend:

Kanadada yeni növ koronavirusdan mayın 5-dək 3 277 nəfərdən 3 883 nəfərədək insan ölə bilər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə naziri Tereza Tem deyib.

T.Tem bildirib: "İndi biz görürük ki, koronavirus infeksiyası hallarının sayında artım yavaşlayıb. Mayın 5-i üçün koronavirusa yoluxanların sayı 53,1 min nəfərdən 68,8 min nəfərədək təşkil edə bilər".

Nazirlik tərəfindən hazırlanmış proqnozlardan birinə əsasən, mövcud qabaqlayıcı tədbirlər ilə pandemiyanın pik nöqtəsi may ayının sonunda olacaq, birinci dalğa isə yayın sonunda və ya payızın əvvəlində bitəcək.

T.Tem hesab edir ki, koronavirusa dair hökumət tərəfindən tətbiq edilən məhdudiyyətlər, infeksiyanın ilk dalğası nəzarət altına alınana qədər qüvvədə qalmalıdır.

Qeyd edək ki, Kanadada koronavirus ilk yoluxma halı yanvarın 15-i qeydə alınıb. Hazırda Kanadada 49 koronavirusa yoluxma halı təsdiqlənib, 2,7 min nəfər ölüb, 18,7 min nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti