Bakı. Trend:
Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Şurasının sədri Kim Çen In son 20 gündə ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Bildirilir ki, KXDR lideri Sunçxon gübrə zavodunun açılışında iştirak edib: "Hörmətli ali rəhbər, yoldaş Kim Çen In mərasimdə iştirak edərək tikintinin başa çatmasını bildirən lenti kəsib".