Bakı. Trend:
Çində Vuhan şəhərinin bütün sakinləri yerli hakimiyyət tərəfindən verilən göstərişə əsasən koronavirusla bağlı test ediləcəklər.
Trend-in məlumatına görə, nuklein turşularının istıfadəsi ilə keçirilən bu testlər 10 gün ərzində aparılmalıdır.
Tədbir mayın 10-da koronavirusun yayılmasının episentri sayılan Vuhan şəhərində virusa beş yeni yoluxma halının aşkarlandığı ilə əlaqədardır.
Hazırda şəhərdə koronavirusa 6 yoluxma halı qeydə alınıb. Xəstələrdən biri ağır vəziyyətdədir.