...

Nyu-Yorkda koronavirus qurbanlarının sayı 20 mini keçib

Dünya xəbərləri Materials 14 May 2020 02:36 (UTC +04:00)
Nyu-Yorkda koronavirus qurbanlarının sayı 20 mini keçib

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində yeni növ koronavirus ilə yoluxma nəticəsində ölənlərin sayı 20 min nəfəri keçib.

Trend-in məlumatına görə, bu barədə şəhərin ictimai səhiyyə idarəsinin saytında yazılıb.

Mayın 13-nə olan vəziyyətə görə, Nyu-Yorkda 185 206 koronavirusa yoluxma faktı qeydə alınıb. 15 223 yoluxan şəxsin ölümü təsdiqlənib. Digər 5 083 nəfərin ölüm səbəbi olaraq, koronavirusun yaratdığı xəstəlik göstərilib.

Şəhərin meri Bill de Blasionun mayın 13-də verdiyi məlumata görə, koronavirus şübhəsi ilə Nyu-York xəstəxanalarına qəbul edilən xəstələrin sayı sutkada 51-dən 78-ə yüksəlib.

Qeyd edək ki, ABŞ-da 1,38 milyondan çox koronavirusa yoluxma faktı qeydə alınıb, qurbanların sayı 83 356-a çatıb. 230 287 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti