...

Sidneydə restoranlar maraqlı üsulla fəaliyyətə başlayıb (FOTO)

Dünya xəbərləri Materials 14 May 2020 11:30 (UTC +04:00)
Sidneydə restoranlar maraqlı üsulla fəaliyyətə başlayıb (FOTO)

Bakı. Trend:

Avstraliyanın Sidney şəhərində karantin rejimindən sonra kafe və restoranlar fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, eyni zamanda yalnız 10 müştəri restoranda ola bilər və onlar sosial məsafəni saxlamalıdır.

Bununla əlaqədar olaraq, restoranlardan biri maraqlı üsula əl atıb. Belə ki, orada boş görünməməsi üçün masa arxalarına real ölçüdə karton insan fiqurları yerləşdirilib.

Bundan başqa, müştərilərin bir-biri ilə söhbət etdiyi təsiri yaradan səs effekti də qonaqları müşayiət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti