Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı yeni növ koronavirusun yayılmasına qarşı mübarizəni və pandemiyadan sonra atılacaq addımları müzakirə ediblər.
Bildirilir ki, T.Ərdoğan və Y.Stoltenberq həmçinin regional məsələlər, o cümlədən Suriya və Liviyadakı vəziyyət üzrə fikir mübadiləsi aparıblar.