...

İspaniya hökuməti turistlər üçün "təhlükəsiz dəhlizlər" aça bilər

Dünya xəbərləri Materials 21 May 2020 16:47 (UTC +04:00)
İspaniya hökuməti turistlər üçün "təhlükəsiz dəhlizlər" aça bilər

Bakı. Trend:

İspaniya hökuməti digər ölkələrdən turistlərin gəlməsinə icazə verilməsi imkanını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu İspaniyanın Ekoloji keçid naziri Teresa Ribera deyib.

O bildirib ki, turistlər üçün “təhlükəsiz dəhlizlər” tətbiq oluna bilər:

“Bu sistem son bir-iki həftə pandemiyaya yoluxma hallarının sutkada 0,3 faizdən çox artmadığı regionlardan turistlərin səfər etməsinə imkan verəcək”.

Nazir əlavə edib ki, İspaniyada gündəlik artım son bir həftə ərzində 0,3 faiz nisbətini keçməyib.

“Təhlükəsiz dəhlizlər” epidemioloji vəziyyətin İspaniyaya oxşar olduğu ölkələrlə açıla bilər.

Bununla belə, İspaniyanın özündə hərəkət məhdudiyyətinin iyul ayınadək qüvvədə qalacağı gözlənilir.

Daha əvvəl, xüsusi turizm dəhlizlərinin açılması fikrini Avstriya, Almaniya, İtaliya, Çexiya və digər Avropa ölkələri səsləndirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti