...

Türkiyədə bir sıra daxili uçuşlar bərpa edilir

Dünya xəbərləri Materials 31 May 2020 08:33 (UTC +04:00)
Türkiyədə bir sıra daxili uçuşlar bərpa edilir

Bakı. Trend:

Türkiyədə iyunun 1-dən bir sıra daxili uçuşlar bərpa edilir.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu ölkənin nəqliyyət və infrastruktur naziri Adil Karaismayıloğlu deyib.

Onun sözlərinə görə, ilk uçuşlar İstanbuldan Ankaraya, İzmirə, Antalyaya və Trabzona həyata keçiriləcək. Digər hava limanlarından uçuşlar mərhələli şəkildə bərpa ediləcək: "İlk uçuş yerli vaxtla saat 10:00-da İstanbuldan Ankaraya həyata keçiriləcək".

Nazir vurğulayıb ki, bütün hava limanlarında koronavirus infeksiyasına qarşı zəruri tədbirlər görülüb, müvafiq sertifikatlar verilib.

A.Karaismayıloğlu əhalini hava nəqliyyatından istifadə etməkdən qorxmamağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti