...

İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi

Dünya xəbərləri Materials 31 May 2020 13:59 (UTC +04:00)
İranda koronavirusa yoluxanların sayı 150 mini keçdi

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 2 516 nəfər koronavirusa (COVID19) yoluxması ilə bu virusa yoluxanların sayı 151 466 nəfərə çatıb.

Trend-in məlumatına görə, Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, virus daşıyıcılarından 2 527 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Cahanpur əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 63 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 7 797 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ölkədə indiyədək 118 848 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 935 mindən çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti