...

Braziliyada koronavirusa yoluxanların sayı 739 mini ötüb

Dünya xəbərləri Materials 10 İyun 2020 06:59 (UTC +04:00)
Braziliyada koronavirusa yoluxanların sayı 739 mini ötüb

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusdan 1 272 nəfər vəfat edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin sayı 38 406 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusa 32 091 yoluxma halı qeydə alınıb, ölkədə koronavirusa yoluxanların ümumi sayı 739 503 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti