...

Livanda erməni əsilli aparıcıya etiraz olaraq aksiya keçirilib

Dünya xəbərləri Materials 12 İyun 2020 00:42 (UTC +04:00)
Livanda erməni əsilli aparıcıya etiraz olaraq aksiya keçirilib

Bakı. Trend:

Livanın paytaxtı Beyrutda yerli telekanalların birinin efirində Türkiyəyə qarşı təhqiramiz ifadələr işlədən erməni əsilli aparıcı Nehsan Ter-Arutyunyana etiraz olaraq aksiya keçirilib.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, aksiyanın iştirakçıları əllərində Livan və Türkiyə bayraqları ilə telekanalın binasının qarşısında toplaşıblar. Eitrazçıların bir hissəsi aksiyaya Türkiyəyə, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğana və Osmanlı İmperiyasına dəstək ifadə edən plakatlar da gətiriblər.

Etirazçılar təhqiramiz ifadələrə görə telekanalın Türkiyədən üzr istəməsini tələb ediblər.

Qeyd edək ki, ötən gün axşam aparıcı Nehsan Ter-Arutyunyan Livanın sabiq ətraf mühit naziri Viam Behhaba, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Osmanlı dövrünün mirasına qarşı təhqiramiz ifadələr işlədib.

Aparıcının ifadələri sosial şəbəkələrdə narazılığa səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti