...

Fransada tibb işçilərinin etiraz aksiyası keçirilir

Dünya xəbərləri Materials 30 İyun 2020 20:51 (UTC +04:00)

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə tibb işçilərinin etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, aksiya iştirakçıları koronavirus pandemiyası fonunda ölkənin səhiyyə sisteminə əlavə maliyyə vəsaitinin ayrılmasını tələb edir.

Parisin mərkəzi küçələrində davam edən yürüş dinc şəraitdə keçir.

Etiraz aksiyaları Parisin digər şəhərlərində də keçirilir.

Xatırladaq ki, iyunun 16-da tibb işçilərinin eyni tələblə keçirdiyi aksiya polislə qarşıdurma yaranmışdı. Həmin gün 30-dan çox etirazçı saxlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti