...

Belqradda etiraz aksiyası zamanı 10 polis əməkdaşı xəsarət alıb

Dünya xəbərləri Materials 9 İyul 2020 04:01 (UTC +04:00)
Belqradda etiraz aksiyası zamanı 10 polis əməkdaşı xəsarət alıb

Bakı. Trend:

Serbiyanın paytaxtı Belqradda koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar sanitar tədbirlərin sərtləşdirilməsinə qarşı etiraz aksiyası keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, etiraz aksiyası zamanı azı 10 polis əməkdaşı xəsarət alıb: "Hazırkı dövrədək həmkarlarım mənə 10 polis əməkdaşının yaralandığını bildiriblər. Onlardan birinin vəziyyəti ağırdır, onun hər iki ayağı sınıb".

Qeyd edilir ki, etiraz aksiyasının iştirakçıları arasında ölən və ya xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti