...

"Facebook" digər proqramların işinə çətinlik törədən qüsuru aradan qaldırmağa çalışır

Dünya xəbərləri Materials 10 İyul 2020 20:41 (UTC +04:00)
"Facebook" digər proqramların işinə çətinlik törədən qüsuru aradan qaldırmağa çalışır

Bakı. Trend:

"Facebook" iOS əməliyyat sistemi üçün nəzərdə tutulan yenilənmədən sonra yaranmış qüsurların aradan qaldırılması üzərində işləyir.

Trend-in məlumatına görə, bu barədə şirkətin nümayəndəsi açıqlama verib.

Qeyd olunur ki, bir çox ölkədən "Facebook iOS SDK" yenilənməsinin işə düşməsi ilə əməliyyat sisteminin işində qüsurların yaranması barədə şikayətlər daxil olub. Belə ki, istifadəçilər "Viber", "Yandex", ""Spotify", "TikTok" kimi proqramların işində çətinliklərin yarandığını bildirib.

Şirkətdən verilən məlumata görə, hazırda yenilənmə üzərində iş aparılır. Bu işin nə qədər vaxta başa çatacağı məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti