...

Türkiyədə koronavirusdan sağalanların sayı 209 min nəfəri ötüb

Dünya xəbərləri Materials 26 İyul 2020 22:13 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 613 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 927 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 226 100 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 209 487 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti