...

Qazaxıstanda koronavirusa yoluxanların sayı 96 min nəfəri ötüb

Dünya xəbərləri Materials 7 Avqust 2020 07:45 (UTC +04:00)
Qazaxıstanda koronavirusa yoluxanların sayı 96 min nəfəri ötüb

Bakı. Trend:

Qazaxıstan ötən sutka ərzində yeni növ koronavirusa daha 980 nəfər yoluxub.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yoluxma hallarının 502-si simptomsuzdur.

Aşkarlnan yeni yoluxma halları Nur Sultan (186), Almatı (175), Çimkənd (26) şəhərlərində, Akmolinsk (31), Aktyubinsk (2), Almatı (46), Atırau (44), Şərqi-Qazaxıstan (92), Jambıl (40), Qərbi-Qazaxıstan (58), Karaqanda (85), Kostanay (35), Qızılorda (33), Mnqistausk (33), Pavlodar (22), Şimali-Qazaxıstan (45), Türküstan (27) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 96 922 nəfər çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti