Bakı. Trend:
Çexiyanın Bohumin şəhərində 14 mərtəbəli yaşayış binasında yanğın olub.
TRend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Yanğınsöndürən və Xilasedicilərin Birgə Korpusunun nümayəndəsi Lukaş Popp deyib.
Onun sözlərinə görə, yanğın nəticəsində 3-ü uşaq olmaqla 11 nəfər həlak olub: "Bohumin şəhərində 14 mərtəbəli panel binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində baş verən yanğın nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər ölüb. Binanın 13-ü mərtəbəsində yaşayış 5 nəfər mənzili tərk edə bilmədikləri üçün pəncərədən atlayaraq ölüblər".
Yanğının səbəbi hələki məlum deyil.