...

İsrail Həmasın yeraltı infrastrukturuna zərbə endirib

Dünya xəbərləri Materials 26 Avqust 2020 07:18 (UTC +04:00)
İsrail Həmasın yeraltı infrastrukturuna zərbə endirib

Bakı. Trend:

İsrail Müdafiə Ordusu Qəzza zolağından partlayıcıların üzərinə yapışdırılmış hava şarlarının atılmasına cavab olaraq Həmas hərəkatının hədəflərini vurub.

Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Twitter səhifəsində bildirib.

Məlumatda deyilir: "Son bir neçə həftə ərzində Qəzzadakı terrorçular İsrail ərazisinə yüzlərlə partlayıcı şarlar atıblar. Buna cavab olaraq uçuş aparatlarımız Qəzza zolağında Həmasın yeraltı infrastrukturuna zərbə endirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti