...

Türkiyə ordusunun hərbçisi antiterror əməliyyatı zamanı həlak olub

Dünya xəbərləri Materials 28 Avqust 2020 05:55 (UTC +04:00)
Türkiyə ordusunun hərbçisi antiterror əməliyyatı zamanı həlak olub

Bakı. Trend:

Türkiyənin Ağrı vilayətində antiterror əməliyyatı zamanı türk hərbi qulluqçusu həlak olub.

Trend-in məlumatına görə, hərbiçi terrorçuların mağarasında tapılan ilk zəruri əşyaları məhv edərkən şrapnel parçasının dəyməsi nəticəsində yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra o helikopterlə Ağra vilayətinin Tədris və Araşdırma Xəstəxanasına aparıldı.

Hərbçinin vəziyyəti ağır olduğuna görə Atatürk Universitetinin tədqiqat xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti