...

Fransada qarətçilər inkassatorları soydu - Milyonlarla avro oğurlandı

Dünya xəbərləri Materials 28 Avqust 2020 18:43 (UTC +04:00)
Fransada qarətçilər inkassatorları soydu - Milyonlarla avro oğurlandı

Bakı. Trend:

Fransanın Lion şəhərində naməlum şəxslər inkassator maşınından milyonlarla avro məbləğ oğurlayıb.

Trend-in məlumatından görə, hücum maşının Fransa bankının binasından çıxmasından sonra baş verib.

İki mikroavtobusla inkassator maşınının qarşısını kəsən şəxslər pulları götürəndən sonra maşını yandırıb. İnkassatorlar hadisə zamanı xəsarət almayıb.

Hadisə yerindən uzaqlaşan qarətçilərin avtomobili Lionun cənubunda yanmış vəziyyətdə tapılıb.

Oğurlanan pulun dəqiq məbləği açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti