...

Moskvada koronavirusdan daha 11 nəfər ölüb

Dünya xəbərləri Materials 30 Avqust 2020 01:42 (UTC +04:00)
Moskvada koronavirusdan daha 11 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 11 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 11 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə şəhərdə koronavirusa yoluxma hadisələrinin sayı 261 038 nəfər təşkil edir, 212 301 nəfər sağalıb, ölənlərin sayı 4 809 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti