...

"Telegram"da şərh yazmaq mümkün olacaq

Dünya xəbərləri Materials 1 Oktyabr 2020 01:50 (UTC +04:00)
"Telegram"da şərh yazmaq mümkün olacaq

Bakı. Trend:

Telegram mesajlaşma servisi öz istifadəçilər üçün şərh funskiyasını və axtarış filtrlərini işə salıb.

Trend-in məlumatına görə, bu barədə servisin yaradıcısı Pavel Durov bildirib.

Onun sözlərinə görə, "Telegram"ı yeniləyəndən sonra istifadəçilər bir neçə kanallarda şərh yaza biləcəklər.

P.Durov əlavə edib ki, şərhlər müəyyən bir kanala bağlı olduğu üçün qrup çatı şəklində olacaq.

Messencerin digər bir yeni funksiyası mesajları və media sənədlərini axtarmağı asanlaşdırmağı məqsədi olan axtarış filtrləri olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti