Bakı. Trend:
Türkiyənin Malatya vilayətində 3,8 bal gücündə zəlzələ baş verib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:05-də qeydə alınıb. Yeraltı təkanların episentri Hekimhan rayonunda olub.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.