...

Braziliyada koronavirusdan ölənlərin sayı 150 mini ötüb

Dünya xəbərləri Materials 11 Oktyabr 2020 06:06 (UTC +04:00)
Braziliyada koronavirusdan ölənlərin sayı 150 mini ötüb

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 26 749 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 082 637 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 559 nəfər ölüb, ölənlərin ümumi sayı 150 198 nəfər təşkil edir.

Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 4 453 722 nəfəri sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti