...

Braziliyada bir gündə koronavirusa 27 235 nəfər yoluxub

Dünya xəbərləri Materials 15 Oktyabr 2020 10:18 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 27 235 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 140 863 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 749 nəfər ölüb, ölənlərin ümumi sayı 151 747 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti