...

Makronun islamofobiya ilə bağlı ağılsız açıqlamaları onun siyasətdə təcrübəsiz olduğunu göstərir - İranlı rəsmi

Dünya xəbərləri Materials 26 Oktyabr 2020 14:33 (UTC +04:00)
Makronun islamofobiya ilə bağlı ağılsız açıqlamaları onun siyasətdə təcrübəsiz olduğunu göstərir - İranlı rəsmi

Bakı. Elnur Bağışov - Trend:

Fransa prezidenti Emmanuel Makronun islamofobiya ilə əlaqədar ağılsız açıqlamaları onun siyasətdə təcrübəsiz olduğunu göstərir.

Trend-in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani özünün Twitter səhifəsində yazıb.

Ə.Şəmxaninin sözlərinə görə, Avropa İttifaqına rəhbərlik sevdasında olan Makron təcrübəli olsaydı, islam dininə hörmətsizlik etməzdi.

O, təklif edib ki, Fransa prezidenti Emmanuel Makron bununla əlaqədar daha çox tarix kitabı oxusun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti