Bakı. Trend:
Avstriyanın paytaxtı Vyanada atışma nəticəsində 15 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə ORF-2 telekanalın proqramında Vyana meri Mixael Lyudviq bildirib.
O bildirib ki, 15 nəfər xəstəxanaya yerləşdirilib, onlardan yeddisi ağır yaralanıb.
Qeyd edək ki, Avstriyanın paytaxtının mərkəzində sinaqoq yaxınlığında da daxil olmaqla altı yerdə atışma baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Atəş açan şəxslərdən biri polis tərəfindən zərərsizləşdirilib.