...

Məhkəmə də Paşinyana qarşı çıxır - Müxalifət lideri azad edilib

Dünya xəbərləri Materials 13 Noyabr 2020 11:36 (UTC +04:00)
Məhkəmə də Paşinyana qarşı çıxır - Müxalifət lideri azad edilib

Bakı. Trend:

Yerevanda məhkəmə etiraz aksiyaları ilə əlaqədar saxlanılmış müxalif siyasətçi, “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Tsarukyanı azad edib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu siyasətçinin vəkili bildirib.

Onun sözlərinə görə, məhkəmə Q.Tsarukyanın saxlanılmasını qanunsuz hesab edib.

Xatırladaq ki, Ermənistan noyabrın 10-da Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladıqdan sonra ölkədə etiraz aksiyaları başlayıb. Aksiya zamanı onlarla şəxs, o cümlədən müxalifət liderləri saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti