...

Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb

Dünya xəbərləri Materials 24 Noyabr 2020 12:02 (UTC +04:00)
Rusiyada bir gündə koronavirusdan 500-ə yaxın ölüm qeydə alınıb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 2,13 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 24 326 nəfər virusa yoluxub, 491 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 138 828 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 37 031 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 634 671 nəfər virusdan sağalıb, 467 126 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti