...

Almaniyada karantin yanvarın 10-na qədər uzadıla bilər

Dünya xəbərləri Materials 3 Dekabr 2020 04:34 (UTC +04:00)
Almaniyada karantin yanvarın 10-na qədər uzadıla bilər

Bakı. Trend:

Almaniyada koronavirusun yayılmasıyla bağlı vəziyyət dəyişməzsə, karantin tədbirləri qüvvədə qalacaq.

Trend-in məlumatına görə, bunu Almaniyanın kansleri Angela Merkel Berlində mətbuat konfransında deyib.

A. Merkel bildirib: "Əgər yoluxmalar üzrə vəziyyət indiki kimi davam edərsə, biz yanvarın 4-ü bir daha görüşəcəyik. Federal torpaqlar tədbirləri yanvarın 10-dək uzadacaqlar".

Koronavirusa qarşı vaksinasiyadan danışərkən, Kansler bildirib ki, ilk növbədə bu tədbirlərə səhiyyə işçiləri və ölkədə təhlükəsizliyə cavabdeh olan şəxslər, həmçinin yaşlı insanlar və xəstələr cəlb olunacaq: "Biz bilirik ki, 2021-ci ilin birinci rübündə 7 milyon doza vaksin alcağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti